Zatında problem olan Zatulin haqqında – Deputatdan sərt yazı

Zatında problem olan Zatulin haqqında – Deputatdan sərt yazı

Bu iyrənc məxluq yenidən öz sərsəm fikirləri ilə ortaya çıxıb. Rusiya Dövlət Dumasının hakim partiyası tərəfindən seçilən komitə sədrinin müavini Konstantin Zatulin növbəti dəfə ölkəmizə qarşı hədyan və iftiralar yağdırmağa başlayıb. 1300-dən çox cinayətdə əli olan quldur dəstəsinin üzvlərinə canı acıyıb, terrorçularla eyni tərəzinin gözünə özünü qoyaraq onları dost adlandırıb. Ədalətin bərqərar olacağını heç vaxt təsəvvürünə gətirməyən dostları kimi Zatulini də görünür, bu tərəziyə çıxarmalı, çəkisinə uyğun daş qoyulmalıdır ki, başı daşa dəysin.

Əvvəla, qeyd edilməlidir ki, deqradasiyaya uğramış, artıq zamanın zibilliyinə atılmış bu zad, bu adam danışdığını bilmir. Fikirlərində məntiq, koordinasiya yoxdur. Yalnız yalan, hədyan, iftira, qarayaxma ilə məşğuldur. Hələ də Dağlıq Qarabağdan danışır. Hələ də “Artsax” deyir. Hətta utanmadan, Qarabağ bölgəsindən könüllü çıxıb gedən ermənilər barəsində “əsrin fəlakəti” sözünü işlədir, köç prosesini müasir dövrün “erməni soyqırımı” adlandırır. Yəni bu qədər siyasi əxlaqsızlıq sanki hamısı Zatulinin timsalında toplanıb. Yalan, iftira, hədyan püskürən bu adam həm də Rusiya Federasiyasının, dövlətin əsas ana siyasətinin əleyhinə çıxır. Konkret açıq-aşkar bu gün də düşmən obrazında sayıqlamalarını davam etdirir. Hətta Ermənistanın özünün belə tanımadığı “Artsax”ın varlığını dilə gətirir, dəfələrlə Ermənistan hakimiyyət nümayəndələrinin söyləməsinə baxmayaraq, Azərbaycanla masa arxasında oturaraq hər hansı bir məsələni müzakirə etməsinə, hətta artıq sərhədlərdə delimitasiya, demarkasiya işləri aparmasına baxmayaraq, bu “adam”, ermənilərdən daha qatı ermənilik edir.

Zatulin artıq konkret cavabını almalı və durdurulmalıdır. Bu adam tamamilə kələfin ucunu itirib. Düşünürəm ki, bu fikirlərini ağlı başında olmayanda, qeyri-adekvat vəziyyətlərdə söyləyir. Çünki bu qədər məntiqsiz, yalan, ağa qara söyləmək olmaz və Zatulin yaxşı düşünməlidir. Artıq belə qarayaxma, belə hərəkətlərindən çəkinməlidir.

Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik münasibətləri var. Hər bir nüans, lazım olan vaxtı qarşıya çıxan problemlər, iki ölkənin rəhbərliyi tərəfindən müzakirə olunur, həll edilir.

Ümumiyyətlə belə adamların ortaya çıxması, bu formada şərhlər verməsi yalnız münasibətlərə kölgə salır. Ona görə də Zatulin kimiləri Rusiya Federasiyasının siyasi establişmenti tərəfindən susdurulmalıdır.

Zatında problem olan Zatulin haqqında – Deputatdan sərt yazı

Vüqar İskəndərov
Milli Məclisin deputatı