Zaqatalaya qar yağıb

Zaqatalaya qar yağıb

Zaqatalada yüksək dağlıq əraziyə qar yağıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bölgədə qeyri-sabit hava müşahidə olunur, fasilələrlə yağış yağıb.

Qeyri-sabit hava daha çox Zaqatala və Balakən rayonlarında müşahidə olunub, leysan yağıb. Dağlara yağan leysan yağışları nəticəsində Tala və Katex çaylarında suyun səviyyəsində kəskin artın müşahidə olunur.

Sentyabrın 11-dən 12-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin Zaqatala rayonunun Yuxarı Tala kəndinin inzibati ərazisinin yaxınlığında Əlibəy dağına qar yağıb.