Zaqatalada orta məktəb binasındakı yanğın söndürülüb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Zaqatalada məktəbdə baş verən yanğının səbəbi məlum olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, binanı ildırım vurub.
Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib.
Hazırda məktəbdə 190 şagird təhsil alır.
Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb.
Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.
***
Zaqatalada mətkəb binasında yanğın başlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.














