Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.
X X X
Zaqatalada ev yanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
Nəticədə orada yaşayan, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.














