Zaqatalada ağır qəza: yaralılar var

Zaqatalada ağır qəza: yaralılar var
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, şəhərin Faiq Əmirov küçəsində “Kia” və “Opel” markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində “Kia”nın sürücüsü 64 yaşlı Samirat Əliyeva və “Opel”in sürücüsü 43 yaşlı Zöhrab Qardaşov  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.