Rusiya ilə müharibədə əsas səhvim… – Zalujnıdan etiraf

Əsas səhvim o idi ki, verdiyimiz itkilərin sayının kimisə dayandıracağını düşünürdüm. Ancaq bu, Rusiyanı dayandırmadı.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Zalujnı bildirib ki, son günlər texnologiyadan istifadə səviyyəsində güclü qarşıdurma olub.

O, əmin edib ki, 2024-cü il hərbi sahədə 2023-cü ildən fərqli olacaq. Zalujnı qeyd edib ki, Ukrayna hərbçiləri gələn il daha effektiv fəaliyyət göstərmək və insanları xilas etmək üçün problemləri, eləcə də bu problemlərin 90%-ni müəyyənləşdiriblər.