ABŞ Prezidenti Donald Tramp sələfi Co Bayden tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.
Globalinfo.az xəbər verir ki, müvafiq sərəncam ABŞ hökumətinin rəsmi saytında dərc olunub. Sənəddə bildirilir ki, məhdudiyyətlərin uzadılması qərarı Ukraynadakı vəziyyətlə əlaqədar qəbul edilib.
Qeyd edək ki, bu, Trampın Rusiya əleyhinə sanksiyaları uzatdığı ilk hal deyil. Prezidentliyinin əvvəlində o, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girişinə qoyulan qadağanı da bir il müddətinə uzatmışdı.
Xatırladaq ki, Rusiya gəmilərinin ABŞ limanlarına girişinə qadağa ilk dəfə 21 aprel 2022-ci ildə tətbiq edilib.
Sərəncamda deyilir:
“Rusiya Federasiyasına münasibətdə elan edilmiş milli fövqəladə vəziyyət rejimini və ABŞ limanlarında Rusiya ilə əlaqəli gəmilərin lövbər salmasını və hərəkətini tənzimləyən səlahiyyətləri bir il müddətinə uzadıram”.
Tahir Turan
Globalinfo.az