Zalujnı: Əsgər sayı deyil, texnologiya qalib gələcək

Zalujnı: Əsgər sayı deyil, texnologiya qalib gələcək

Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş baş komandanı Valeri Zalujnı müasir və gələcək müharibələrin xarakterinə dair diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, yaxın gələcəkdə hərbi qarşıdurmaların uğuru əsgərlərin və silahların sayına deyil, yeni texnologiyaların tətbiqinə və onlardan istifadə bacarığına əsaslanacağını bildirib.

Zalujnı vurğulayıb ki, əsas üstünlük ucuz, lakin yüksək effektivliyə malik texnologiyalara veriləcək:

“Demoqrafik amil ondan ibarətdir ki, bunun üçün minimum insan tələb olunacaq. Gələcək müharibə ən yüksək effektivliyə malik ən ucuz vasitədir”.

Zalujnı əlavə edib ki, əgər hərbi strategiyada əsaslı dəyişiklik edilməzsə, Ukraynada münaqişə 2034-cü ilə qədər uzana bilər. Onun sözlərinə görə, təkcə atəşkəslə kifayətlənmək deyil, davamlı müdafiə konsepsiyası qurulmalıdır.

Tahir Turan
Globalinfo.az