Zakir Həsənov “Xəzri-2023” taktiki təlimini izlədi – VİDEO

Zakir Həsənov “Xəzri-2023” taktiki təlimini izlədi - VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib.

İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.

Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Xəzri-2023” birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində işirak edir.

Zakir Həsənov “Xəzri-2023” taktiki təliminin növbəti mərhələsini izləyib- VİDEO Zakir Həsənov “Xəzri-2023” taktiki təliminin növbəti mərhələsini izləyib- VİDEO Zakir Həsənov “Xəzri-2023” taktiki təliminin növbəti mərhələsini izləyib- VİDEO