Zakir Həsənov həmkarlarını təltif etdi – FOTOLAR

Zakir Həsənov həmkarlarını təltif etdi - FOTOLAR

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan müdafiə nazirlərini təltif edib Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan müdafiə nazirlərini təltif edib

Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan müdafiə nazirlərini təltif edibZakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan müdafiə nazirlərini təltif edib