Zakir Həsənov Çin şirkətinin rəhbərliyi bunu müzakirə etdi – FOTOLAR

Zakir Həsənov Çin şirkətinin rəhbərliyi bunu müzakirə etdi - FOTOLAR

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Çinin dövlət şirkəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib.

Bu barədə Globalinfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb. Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Zakir Həsənov Çin şirkətinin rəhbərliyi ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib