Zahid Oruc 28 May və Azərbaycan adından imtina təklifi verib? – Açıqlama

Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucla bağlı maraqlı məlumat yayılıb.

Globalinfo.az bildirir ki, guya o, Toplum TV-nin efirində Xalq Cümhuriyyətinin varisliyindən, tarixi Azərbaycan torpaqlarından, hətta Azərbaycan adından imtina təklifi verib.

Millət vəkili özü bu haqda açıqlama yayıb.

Globalinfo.az açıqlamanı təqdim edir:

“Ermənistanın konstitusiya dəyişikliyini Azərbaycan dövlətinin iradəsi ilə izah edən, hətta onu rəsmi Bakının əmri sayan İrəvan siyasətçilərinin və mediasının buna əks addım olaraq, Azərbaycanın da 1991-ci ildə qəbul edilən “Müstəqillik Bəyannaməsi”ndə Cümhuriyyət varisliyi müddəasının çıxarılması məsələsini dilə gətirmələri, sadəcə konstatasiya, vasitəsiz nitq qaydasında səsləndirməyi SSRİ-nin bərpası, demokratik mirasdan imtina və sair kimi şərh edərək siyasi manipulyasiyaya can atanlar, virtual mübarizənizi müəyyən məntiqi qaydalara tabe etdirin.

Əks halda, özünüz həmin çağırışların müəlliflərinə çevrilirsiniz.

Mənbəyini yoxlamadan, böhtan bir tezisi bizim adımızdan yayarkən siz, Ermənistanın həmin narrativlərini inkişaf etdirirsiniz.

Bizim “Tarixi torpaqlar haqqında” qanun təklifimizi, Böyük Qayıdışdan Böyük Dönüşə – seçki platformamızı oxumağınızı tövsiyyə edirik.

Öz böhtanınızı özünüz təkzib etsəniz yaxşıdır, əks halda reallığın böhtanla qarışdırılmasını, bizə məxsus olmayan fikrin nəyini şərh edək”.