Bayden Putini ağır ifadə ilə təhqir etdi

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini “dəli it oğlu” adlandırıb”.

Globalinfo.az xəbər verir ki, o, ötən gün Kaliforniyada keçirilən bir xeyriyyə tədbirində çıxışı zamanı bu ifadəni işlədib.

“Bizim Vladimir Putin və digər bəzi şəxslər kimi quduz itlərimiz var. Bu səbəbdən həmişə nüvə müharibəsi ehtimalından narahat olmalıyıq. Ancaq bəşəriyyət üçün ən ciddi  təhlükə iqlimdir”, – ABŞ prezidenti bildirib.

Ayşən Mustafa
Globalinfo.az