Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti çıxarıldı

Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti çıxarıldı

Bərdədə kanalda tapılan meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Qarabağ suvarma kanalının Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkar edilən kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb, meytin kimliyi dəqiqləşdirilməsi üçün proseslər davam etdirilir.

***

Bərdədə Yuxarı Qarabağ kanalından naməlum meyit tapılıb. 

Globalinfo.az xəbər verir ki, meyit su kanalının Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.

Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.