“Yuventus” Konfrans Liqasında iştirakdan imtina etdi -Səbəb

Turinin “Yuventus” klubu maxinasiyalarını araşdıran Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə sövdələşməyə getməyə və 2023/24-cü illər mövsümündə Konfrans Liqasında iştirakdan imtina etməyə qərar verib.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Sorriere Dello Sport” məlumat yayıb.

Qeyd edilib ki, UEFA-nın başqa cəzaları olmadığı halda “Yuventus” UEFA-nın klubu diskvalifikasiya etmək qərarına cavab olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət və ya apellyasiya şikayəti verməyəcək. “Yuventus” rəhbərliyi hesab edir ki, bu, komandanın 2024/25-ci illər mövsümündə Çempionlar Liqasında iştirakının təhlükə altında qalmamasına imkan verəcək.