Braziliyalı ulduz futbola qayıdır – FOTO

Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında çıxış edəcək.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayacaq. Görüş fevralın 26-da baş tutacaq.

“Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7×7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.