“Yutub”un CEO-su Susan Wojcicki vəzifəsindən getdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində məlumat yerləşdirib.
“Mən “Yutub”un Baş direktoru vəzifəmi tərk etmək və ailə, sağlamlıq və şəxsi layihələrə diqqət yetirərək həyatımda yeni bir fəsil başlamaq qərarına gəldim” deyə bloqunda bildirib.
Doqquz ildir “Yutub”a rəhbərlik edən Wojcicki əlavə edib ki, 2015-ci ildən istehsala nəzarətin rəhbəri olan Neil Mohan video hostinqin yeni baş direktoru olacaq. Xidmətin vəzifəsindən ayrılan rəhbəri 2006-cı ildə “Yutub”u satın almış texnologiya nəhəngi Google-un sahibi olan Alphabet-də məsləhətçi olaraq qalacaq.














