Cənubi Koreyanın impiçment edilmiş Prezidenti Yun Sok Yol məhkəmədən həbsinin ləğvini istəyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bildirilib ki, Yunun hüquqi müdafiə komandasının müraciəti, 20 fevralda başlanacaq cinayət işi üçün ilk hazırlıq iclasını keçirməyə hazırlanan Seul Mərkəzi Rayon Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də Cənubi Koreya məhkəməsi qısa müddətli hərbi vəziyyət tətbiq etdiyinə görə prezidentin həbsinə order verib.














