Azərbaycanda yumurta bahalaşıb?

Azərbaycanda yumurta bahalaşıb?

Sosial şəbəkələrdə yumurtanın qiymətinin bahalaşması ilə paylaşımlar edilib. Yumurtanın bəzi mağazalarda 23-25 qəpiyə satıldığı deyilir.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, yumurtanın qiymətinin bahalaşması barədə xəbərlər doğru deyil, əksinə qiymətdə enmə var.

“Keçən illə müqayisədə yumurta 3-4 qəpik ucuz satılır. Hazırda yumurtanın topdansatış qiyməti 12-13-14 qəpik aralığındadır. Yumurta mağazalarda da 14 qəpiyə satılır. Hansısa boşboğazlar yumurtanın qiymətinin qalxdığı ilə bağlı məlumatlar yayır. Yumurtanın qiymətini qaldırmaq mümkün deyil”,- o qeyd edib.

***12:13

Bölgələrdə kənd yumurtasının qiymətində kəskin artım müşahidə edilir.

Globalinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, kənd yumurtasının bir ədədinin qiyməti 26-27 qəpiyə təklif edilir.

Oktyabr ayının ikinci ongünlüyündə isə kənd yumurtasının bir ədədi 14-15 qəpiyə satılırdı. Sakinlər noyabrın əvvəlində qiymətin yenə də artacağını bildiriblər.