Yük avtomobili aşdı: ölən və yaralanan var

Yük avtomobili aşdı: ölən və yaralanan var

Gədəbəyin Ərtəpə kəndində yük avtomobili aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə,  “QAZ53” markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Bu zaman 1975-ci il təvəllüdlü Məzahir Bağırov həyatını itirib.

Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.