Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 200 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza vaksin vurduranların sayı 105, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 431 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 85 nəfərdir.

Ölkədə son sutka ərzində 1 148, hazırkı dövrədək isə 7 616 076 test aparılıb.

Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub