İrəvan Azərbaycana neçə yol çəkməyi planlaşdırır? – Sanosyan

İrəvan Azərbaycana neçə yol çəkməyi planlaşdırır? - Sanosyan

“Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərdə 7 yol infrastrukturunun salınması, keçid məntəqələrinin qurulmasını nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan deyib.

“Ermənistan Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, dəmir yolu infrastrukturunun 4 müxtəlif hissəsini bərpa etməyə və Ermənistan-Azərbaycan sərhədində 4 yol infrastrukturu qurmağa hazırdır. Türkiyə və Ermənistan arasında bir sərhəd-keçid məntəqəsi var. Təqdim etdiyimiz “Sülhün kəsişməsi” layihəsi bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər və elektrik xətlərinin ərazisindən keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməsini nəzərdə tutur”, – Q.Sanosyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az