Almaniyanın xarici işlər naziri Yohan Vadeful Odessaya gizli səfər edib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Vadeful Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın da daxil olduğu kiçik bir nümayəndə heyətinin müşayiəti ilə Kiyevdən Odessaya gedib. Səfər zamanı o, tərəfdaş ölkələrdən Kiyevə raket və dronlardan müdafiə sistemlərinin tədarükünün davam etdirilməsini istəmək niyyətində olduğunu bildirib.

Alman nazir Ukraynanı tərk edənə qədər səfər məxfi saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl Vadefulun Kiyevə səfəri barədə məlumat yayılıb. O, Ukraynanın müasir hava hücumundan müdafiə sistemləri və digər silahlar, eləcə də humanitar və iqtisadi yardımlar alması üçün mübarizəni davat etdirəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: