Mingəçevir Su Anbarının Yevlax rayonu ərazişinə daxil olan hissəsində, balıq vətəgəsi yaxınlığında “Qaz 31” markalı avtomobil gölməçədə batıb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, köməyə Mingəçevirdən traktor çağırılıb.
Gənc Mingəçevir sakini Firdovsi Mustafayev idarə etdiyi traktorla “Qaz 31″i qoşquya salıb aparıb. Traktorun təkəri çökəyə düşüb və hər iki nəqliyyat vasitəsi aşıb.
Sürücü yıxılaraq traktorun altına düşüb və hadisə yerində keçinib. 37 yaşlı yaralı Bəkirov Nicat Səfər oğlu isə təcili xəstəxanaya çatdırılıb.
Yaralı cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
*** 20:02
Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, traktor palçıq ərazidə batmış “QAZ-24” markalı minik maşınını çəkərkən aşıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.














