Yevlaxda oğul atasını bıçaqladı

Yevlaxda oğul atasını bıçaqladı

Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Yevlaxda oğul atasını bıçaqlayıb

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Havarlı kəndində baş verib. 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Əldə olunan ilkin məlumata əsasən onu ailə mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.