ABŞ Prezidenti Donald Tramp ölkə gəmilərinə qarşı mümkün hücumlara sərt reaksiya veriləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.
Tramp qeyd edib ki, İran tərəfindən ABŞ-a məxsus gəmilərə hücum ediləcəyi təqdirdə bu ölkə yer üzündən silinəcək.
Trampın sözlərinə görə, bu xəbərdarlıq xüsusilə Hörmüz boğazında təhlükəsizliyi təmin edən ABŞ hərbi və müşayiət gəmilərinə qarşı yönələ biləcək risklərlə bağlıdır.
ABŞ lideri vurğulayıb ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu beynəlxalq dəniz yollarının təhlükəsizliyini qorumağa xidmət edir və bu qüvvələrə qarşı hər hansı hücum ciddi nəticələrə səbəb olacaq.
Tahir Turan
Globalinfo.az