Hitlerin evi polis bölməsinə verilir

Avstriya hakimiyyəti Adolf Hitlerin doğulduğu evi polis bölməsinə çevirmək üçün 20 milyon avro xərcləyəcək.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Braunau şəhərindəki binanın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Tikinti işləri artıq başlayıb.

Qeyd edək ki, ev 2011-ci ildən boşdur, 2016-cı ildə dövlətin balansına keçib.