Gizli yazışmalar üçün yeni proqram – İnternetsiz işləyir

Gizli yazışmalar üçün yeni proqram - İnternetsiz işləyir

Rusiyada hərbi məqsədlər üçün nəzərdə tutulmuş xüsusi messencer hazırlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

“Loktar” könüllü qrupunun mütəxəssisləri taktiki xəritələri göndərmək və döyüşlərlə bağlı yazışmaları həyata keçirmək üçün messenceri özündə birləşdirən proqram təminatı yaradıblar.

Sözügedən messencerin cəbhədə əlverişli olduğu və internetsiz işlədiyi qeyd edilib.

Həmçinin ön xətdə müxtəlif rabitə kanallarının vahid söhbətə daxil edilməsinin mümkün olduğu açıqlanıb.

Məlumata görə, proqram artıq hərbi zonada sınaqdan keçirilib.

Ayşən Mustafa
Globalinfo.az