ABŞ atəşkəs istəmir: Çin rəhbəri Zelenski ilə görüşməlidir

Ukraynada atəşkəs Rusiyaya öz qüvvələrini artırmaq üçün vaxt verə bilər.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində deyib.

“Yeni insanları hazırlayın və öyrədin və yeni hücum planlaşdırmağa çalışın. Moskva Ukraynada mümkün atəşkəsdən istifadə edəcək”, Kirbi əlavə edib.

O, həmçinin vurğulayıb ki, ABŞ martın 20-22-də Çin rəhbəri Si Cinpinin Moskvaya səfəri zamanı edilə biləcək Ukraynada sülhə dair mümkün çağırışları “qəbuledilməz” hesab edir.

Kirbinin sözlərinə görə, Vaşinqton Si Cinpinin Ukrayna hakimiyyətinin mövqeyini eşitmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini gözləyir. O, əlavə edib ki, Amerika hakimiyyəti Çinlə əlaqə kanalını açıq saxlamaq niyyətindədir.