Bakı Metropoliteni QSC-də idarə rəisi işdən çıxarılıb.
Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Əmrlə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov vəzifəsindən azad olunub.
Qeyd edək ki, Fərhad İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad olunan Bakı Metropoliten QSC-nin sədri Zaur Hüseynovun ən yaxın adamı idi.
Vüsal Aslanov vəzifəsinin icrasına başlayandan Zaur Hüseynovun xeyli kadrını işdən çıxarıb.














