Yeni Papa XIV Leonun dəbdəbəli hədiyyələri ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” (NYP) məlumat yayıb.
“İnauqurasiya mərasimində Papaya unikal üzük təqdim olunacaq. O, dəyəri 520 min dollar olaraq qiymətləndirilən 999 incə üzük alacaq. Bundan əlavə, Papa Vatikanın Apostol Sarayında dəbdəbəli mənzillər və Albano gölünə baxan, 55 hektarlıq kompleksə malik qəsəbədə tənha saraydan istifadə edə biləcək. Gözlənilir ki, XIV Leoya gülləkeçirməz, 500 min dollarlıq ağ “Mercedes-Benz Popemobile” elektrik avtomobil təhvil veriləcək”, – deyə bildirilib.
Qeyd edək ki, Robert Prevost mayın 8-də Roma Katolik Kilsəsinin rəhbəri olub.
Günay Rəsulqızı
Globalinfo.az














