Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə avqustun 31-də Milli Müdafiə Universitetinin (MSÜ) Hərbi Akademiyasında Diplom Qəbul və Bayraq Təhvil Mərasimi baş tutub.
Globalinfo.az xəbər verir ki, mərasimdə quru qoşunları, dəniz qoşunları və hava qüvvələri olmaqla hər üçü üzrə bölmə birincisinin qadınlar olması diqqət çəkib.
Quru qoşunları üzrə leytenant Ebru Eroğlu, dəniz qoşunlarında leytenant Şeyda Yıldırım, hava qüvvələri üzrə leytenant İkra Kuyumcu akademiyanı birincliklə bitiriblər. Hər üç məzuna diplom Türkiyə prezidenti tərəfindən təqdim olunub.
Məzuniyyət mərasimindən sonra yeni məzun olan hərbçilərin bir araya gəlib onlara verilən mərasim qılıncı ilə dairə quraraq səsləndirdiyi şüarlar müzakirələrə səbəb olub. Leytenant Ebru Eroğlunun başlarında olduğu quru qoşunları məzunları bir araya gələrək “Mustafa Kamalın əsgərləriyik” şüarları səsləndiriblər.
Məzunların bu hərəkəti Türkiyə ictimaiyyətini ikiyə bölüb, sosial şəbəkələrdə iki gün ərzində ən çox müzakirə edilən mövzulardan olub. Bəziləri bu şüarları dəstəkləsə də, digər qisim doğru olmadığını bildirib.
Həmin anları təqdim edirik:
Ayşən Mustafa
Globalinfo.az















