Yeni kənd təsərrüfatı naziri kimdir? – DOSYE

Yeni kənd təsərrüfatı naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Məcnun Qadir oğlu Məmmədov bu gün Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Globalinfo.az xəbər verir ki, M.Məmmədov Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Daha əvvəl “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb. Sözügedən MMC-nin “Paşa Holdinq”in törəmə şirkəti olduğu bildirilir.

Məcnun Məmmədov həmçinin “Agro Food Investment” MMC-nin direktoru kimi fəaliyyət göstərib.

Onun qida emalı, kənd təsərrüfatı, marketinq, biznesin inkişafı və maliyyə məsələlərində təcrübəli mütəxəssis olduğu qeyd edilir.

Zaira Akifıqı
Globalinfo.az