“2024-cü ildə demarkasiya zamanı Noyemberyan icmasının Voskevan və Bağanis kəndlərinin sərhədyanı ərazilərində 30 ildir möhkəmləndirilmiş müdafiə mövqeləri Azərbaycana təhvil verilib”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Voskan Sərkisyanın yazıb.
O iddia edib ki, “Yeni il” postu demarkasiya zamanı Ermənistan ərazisində qalmalı imiş, lakin Azərbaycanın nəzarətinə keçib.
Sərkisyanın sözlərinə görə, Ermənistan ordu komandanlığı oradakı hərbi qulluqçuların ərzaqla təminatının çətinliyini əsas gətirərək postun Azərbaycana keçməsinə razı olub:
“Hazırda həmin döyüş mövqeyində Azərbaycan bayrağı dalğalanır. Bu hündürlükdəki postdan Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda nəqliyyatın hərəkətinə nəzarət etmək mümkündür”.
Qeyd edək ki, ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib. Həmin postun bu proses çərçivəsində Ordumuzun nəzarətinə keçdiyi güman edilir.
Əliyar Xəlil
Globalinfo.az














