Yeliseydə kəskin rəqabət: Makron bu imkanı itirdi

Yeliseydə kəskin rəqabət: Makron bu imkanı itirdi

“Fransadakı parlament seçkisinin II turunun nəticələri nə sağın, nə də solun qalib gəldiyini göstərdi, yəni hər şey əvvəlki kimi qalır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

“Böyük ehtimalla Fransanı prezident idarəçiliyinin davamı yox, hakimiyyətin ümumi iflici gözləyir. Təxminən eyni gücdə olan 3 siyasi qüvvə bir-biriylə sərt rəqabət aparacaq. Parlamentdə hər səs vermə qeyri-müəyyən olacaq, onun nəticəsi isə strateji qərarlara yox, taktiki sui-qəsdlər və dəyişikliklər səbəb olacaq. Bir sözlə, əsas nəticə odur ki, Makron Fransanın adından danışmaq imkanını itirdi. Bu isə Fransanın həm Ukrayna böhranı, həm Avropada, həm də qlobal səviyyədə beynəlxalq lider roluna iddia imkanlarını məhdudlaşdıracaq” – deyə o bildirib.

Qeyd edək ki, Fransada parlament seçkisinin ikinci turu sensasion nəticələrlə yadda qalıb. Belə ki, seçkidə sol partiyaların koalisiyası əsas üstünlüyü qazanıblar. Növbəti yerləri prezident Makronun yaratdığı koalisiya və ifrat sağçı Milli Birlik PArtiyası tutub. Bununla belə bloklar arasında səs fərqi həddən artıq az olduğu üçün hökuməti kimin formalaşdıracağı hələ də qeyri-müəyyən qalır.

Əliyar Xəlil
Globalinfo.az