Yekaterinburqdakı diasporun rəhbəri Şahin Şıxlinski saxlanıldı – VİDEO

Screenshot 1376

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporasının Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınski naməlum şəxslər tərəfindən saxlanılıb.

Globalinfo.az bu barədə “Zloy.ekb” Teleqram kanalına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə şəhərdəki “Baku Plaza” ticarət mərkəzində baş verib.

Şahidlərin sözlərinə görə, mülki geyimli şəxslər Şıxlınskini zorla avtomobilə mindirərək ərazidən uzaqlaşdırıblar.

Məlum olub ki, həmin şəxslər polis əməkdaşları olub, lakin saxlanılmanın səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Tahir Turan

Globalinfo.az