DSX-nin kursantı vəfat etdi – YENİLƏNDİ

DSX Akademiyasının kursantı yol qəzasında həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi “QAZ-3102” markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 – cü il təvəllüdlü Laçın Mahmudovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

***

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.