Yaxın zamanda sülh sazişi imzalana bilər – Çavuşoğlu

“Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri Qarabağın işğaldan azad olunmasından narahatdır: “CHP sədri Kamal Kılıçdaroğlu təqdim etdiyi xəritədə Türk yolu Azərbaycan keçmir. Niyə? Azərbaycandan nə istəyirsiniz? Bunu sizdən Ermənistanmı istəyir” İnşallah, Türkiyə xalqı bütün bunlara layiqli cavab verəcək”.