Yaşlı qadını yuyundurmaq istədi, ölümünə səbəb oldu

 

Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib, ölən var.

Globalinfo.az “Report”a istinadən xbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.