agcrt

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində keçirilən “Yaşıl fidanlar” ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Globalinfo.az bildirir ki, ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, könüllülər iştirak ediblər.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək, iqlim dəyişikliyinin təsirlərini azaltmağa töhfə vermək, gələcək nəsillərə yaşıl mühit miras qoymaqdır.

20241209084111 3591080020241209084126 2247810020241209084138 5983300020241209084150 6082980020241209084217 3951890020241209084230 0953790020241209084241 7786860020241209084254 5682090020241209084308 7683150020241209084322 7252650020241209084335 7147860020241209084348 1224350020241209084403 39691900

Paylaş: