“Yasamalda ailəmizə məxsus çörək sexini səhər saat 5:00 radələrində xəbərdarlıq edilmədən uçurublar”.
Bu barədə Globalinfo.az-a sexin sahibi Rəxşəndə Məhərrəmova məlumat verib.
Vətəndaş iddia edir ki, 20 il öncə tikdiyi çörək sexi qeyri-qanuni olaraq “RR Construction” şirkəti tərəfindən sökülüb:
“Şirkət Rəhbəri Rafael Abdullayevin iştirakı ilə səhər saat 5-də mənə məxsus çörək sexi sökülüb. Mən burada əl-ayağım yana-yana, əziyyət çəkərək çalışmışam. Bütün avadanlıqlar kassa da daxil dağıntılar zamanı içəridə qalıb. Hələ evimi də traktorla zədələyiblər. Ortada nə məhkəmə qərarı var, nə də razılaşma. Seximin də, evimin də sənədləri qaydasındadır. Şirkətdən təklif etdilər ki, 1 kv.m üçün 2 min manat ödəniş edirik, biz razılaşmadıq. Mənim yaşadığım yerdə o qiymətə ev yoxdur. Buna baxmayaraq, gecə yarısı gəlib, bizə maddi və mənəvi ziyan vurublar. Təkcə bizə yox, bir neçə qonşunun evini dağıdıblar”.
“RR Construction” şirkətinin mövqeyini dərc etməyə hazırıq.
Daha ətraflı videoda:














