2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkədə paylaşdığı “Bazar səhəri: qızlarım üçün albalı yığıram” başlıqlı fotolar yenidən müzakirə mövzusuna çevrilib.
Globalinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o zaman yarpaqların arxasında gizlənərək albalı yığdığını göstərən bu görüntülər indi onun siyasi davranışlarının simvoluna çevrilib.
Sosial şəbəkələrdə yayılan tənqidi şərhlərdə bildirilir ki, Paşinyan yalnız meyvə yığmır, həm də ailəsinin “yarpaq kölgəsində” gizlənərək özünü tənqidlərdən qorumağa çalışır. Tənqidçilər onun öz tərəfdarlarını və ictimai fiqurları sərt tənqid etməsini, amma əks fikrə dözümsüz yanaşmasını ikili standart kimi dəyərləndirirlər.
“İnsanlar sənin ailəni söyməyə cəsarət etmir, amma sən başqalarının ailələrinə lənətlər yağdırırsan. Sən lider adlanırsan, üç milyonun söyüşünü deyil, liderin davranışını daşıyırsan,” – deyə yayılan məqalədə vurğulanır.
Yazıda həmçinin qeyd olunur ki, Paşinyan hökuməti tənqidlərə qarşı cinayət təqibi vasitəsilə reaksiya verir və ictimai konsensus əvəzinə, təzyiqlə susdurma yolunu seçir. Müəllif bu yanaşmanı keçmiş dövrlərlə müqayisə edərək bildirir: “Əvvəllər rəhbərlər öz məsuliyyətini anlayır, istefa verirdi. İndi isə söyüşə qarşı qanun axtarılır.”
Yazının sonunda Paşinyana “boş yerə enerji sərf etməməyi” və “lənətə yol açan siyasətdən uzaq durmağı” tövsiyə edən çağırış yer alıb.
Tahir Turan
Globalinfo.az














