Yaponiyada vulkan püskürdü, yeni ada yarandı

Yaponiyada vulkan püskürdü, yeni ada yarandı

Yaponiyanın cənubunda dənizin altında baş verən vulkan püskürməsi yeni bir adanın meydana gəlməsinə səbəb olub.

Globalinfo.az xəbər verir ki, yeni ada Yaponiyada İvodzima adası yaxınlığında yaranıb.

Yapon rəsmiləri həmin adanın Ogasavara (Bonin) adalarında meydana gəldiyini bildirirlər. Ogasavara adasının bir hissəsi olan yeni ada, əsasən, partlayış zonasının şimalında əmələ gələn qaya kütlələrindən ibarətdir.

Tokio Universitetinin vulkanologiya üzrə fəxri professor Setsuya Nakada bildirib ki, vulkandan çıxan lavalar artıq qatılaşıb.

Adanın diametri təxminən 100 metrdir.