Yaponiyada qorxunc xəstəliyə yoluxma kəskin artdı – Yeni rekord

Yaponiyada “potensial ölümcül” xəstəlik hesab edilən toksik şok sindromu (STSS) yoluxma sayına görə pik həddədir.

Globalinfo.az xəbər verir ki, ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) rəsmi rəqəmlərinə görə, bu ilin iyun ayının əvvəlinə STSS-yə yoluxma sayı 977-yə çatıb.

Bildirilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb və bununla da 1999-cu ildən bu günə qədər yoluxma “rekord səviyyə”yədir.

Qurumun açıqlamasında vurğulanıb ki, xəstəlik “streptococcus pyogenes” bakteriyası tərəfindən törədilir. Əlamətlər isə sıxlıqla rastlanan boğaz ağrısı, ətrafların nekrozu və orqan çatışmazlığıdır.

Xüsusilə paytaxt Tokioda yerləşən Kanto bölgəsində infeksiya tüğyan edir. Bu xəstəliyin 30 yaş civarında olan insanlarda daha çox rastlandığı bildirilir.

Tokio Tibb Universitetindən yoluxucu xəstəliklər üzrə mütəxəssis Kikuçi Ken deyib ki, ayaq yaraları sözügedən infeksiyasa üçün həssasdır və xəstəliyin mümkün giriş nöqtələridir.

O əlavə edib ki, yaşlı xəstələrdə infeksiyadan ölümə qədər olan müddət 48 saatdır. Yüksək hərarətin və yaraların sürətlə şişməsinin təhlükəli əlamətlər olduğunu bildirən Kikuçi belə bir vəziyyətdə dərhal həkimə müraciət etməyin zəruri olduğunu dilə gətirib.

Əliyar Xəlil
Globalinfo.az