Yaponiyada hava limanında maraqlı hadisə: uçuşlar elə bir səbəbdən ləğv edildi ki… – VİDEO

Yaponiyada hava limanında maraqlı hadisə: uçuşlar elə bir səbəbdən ləğv edildi ki… – VİDEO

Yaponiyanın Yamaqata şəhərindəki hava limanında bala ayının uçuş zolağına iki dəfə çıxması səbəbindən gün ərzində ən azı 16 reys ləğv edilib.

Globalinfo.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb.

Əvvəlcə hava limanı işçiləri ayını özləri tutmağa çalışıblar, lakin o, meşəyə qaçmağı bacarıb. Bir müddət sonra yenidən uçuş zolağında peyda olan ayı səbəbindən hava limanı təcili olaraq bağlanıb.

Nəticədə hadisə yerinə ovçular və polis əməkdaşları cəlb olunub.

Aysel Əliyeva
Globalinfo.az