Yaponiyada güclü zəlzələ: sunami təhlükəsi… – VİDEO

Yaponiyanın İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Noto yarımadası ərazisində, mənbəyi isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Birinci zəlzələdən 10 dəqiqə sonra eyni ərazidə eyni gücdə daha bir zəlzələ baş verib. Yerli sakinlərə təkrar zəlzələlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Xatırladaq ki, Yaponiyanın bu regionunda 2024-cü ilin əvvəlində bir sıra güclü zəlzələlər baş verib.