yaponiya 1

Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb, lakin sunami xəbərdarlığı elan edilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kyodo” meteorologiya agentliyinə və yerli yanğından mühafizə xidmətlərinə istinadən məlumat yayıb.

Səhər saat 07:30-da İvate prefekturasının Sakit okean sahilində 44 kilometr dərinlikdə baş verən zəlzələ Yaponiya seysmik intensivlik şkalası üzrə 6 maqnitudalı (Aomori prefekturasında yerləşən Hasikamidə 7 və Hatinohedə 6 maqnitudalı) olub.

***08:56

Yaponiyada 6,9 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yaponiya Meteorologiya Agentliyi zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etməyib.

Paylaş: