Yanğınla əlaqədar bizə müraciət daxil olmayıb – Konsulluq

yangin 1234

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.Yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki konsulluğu da təxliyə edilib.

Bəs yanğınla əlaqədar ABŞ-dakı Azərbaycan səfirliyinə və ya konsulluğa müraciət daxil olubmu?

Globalinfo.az bildirir ki, Modern.az mövzu ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, köçürülmə tələbi ilə bağlı Azərbaycan Respublikasının konsulluq yaxud səfirliyinə hərhansı müraciət daxil olmayıb.