Yadplanetlilər insanlarla belə ünsiyyət quracaqlar

“Yadplanetlilər insanlarla birbaşa əlaqə saxlamayacaq, onlar süni intellektdən vasitəçi kimi istifadə etməyə üstünlük verirlər”.

Globalinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, bunu Harvard Universitetinin tanınmış professoru Avi Loeb yadplanetli sivilizasiyalarla mümkün əlaqə haqqında qeyri-adi nəzəriyyəni bölüşərkən deyib.

Onun sözlərinə görə, yadplanetlilər ulduzlararası səyahətlə pilotların həyatını riskə atmaq əvəzinə, Yerə öz-özünə öyrənən süni intellektlə təchiz edilmiş pilotsuz maşınlar göndərə bilər:

“Elektron qurğular və qadcetlər kosmosda nəhəng məsafələri qət etmək üçün lazımi qabiliyyətə malikdir, Bu yadplanetli sivilizasiyalara planetimizi araşdırmaq və bizimlə qarşılıqlı əlaqədə olmaq imkanı verəcək.

Nəzəriyyəsinin mühüm cəhəti yadplanetli süni intellektləri başa düşmək üçün öz süni intellekt sistemlərimizdən istifadə etmək imkanıdır. Əgər onlar Yer kürəsini ziyarət etsələr, texnologiyalarımızın oxşarlığına görə biz ünsiyyət qura və məlumat mübadiləsi apara bilərik. Bu, potensial yerdənkənar həyat formaları ilə qarşılıqlı əlaqə sahəsində bəşəriyyət üçün yeni perspektivlər açır”.

Gülay

Globalinfo.az