Əməkdar artist Yadigar Muradov dəfn edilib.
Globalinfo.az xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Əməkdar artist Yadigar Muradovun Şuşa Dövlət Musiqili Dram Teatrında vida mərasimi baş tutmayıb.
Globalinfo.az bildirir ki, bu haqda Teleqraf-a Əməkdar artistin oğlu Yaşar Muradov məlumat verib.
“Hava şəraiti ilə əlaqədar atamın nəşini birbaşa Badamdar qəbiristanlığına aparırıq”, – deyə Y. Muradov əlavə edib.
X X X
Şuşa Dövlət Musiqili Dram Teatrında Əməkdar artist Yadigar Muradovla vida mərasimi keçirilir.
Mərasimə mərhumun ailə üzvləri və sənət dostları toplaşıb.
Qeyd edək ki, Yadigar Muradov Badamdar qəbiristanlığında dəfn ediləcək.
***09:06
Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.
O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
X X X
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə teatrın “Facebook” sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.
Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.














